Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:19
-
İtaliyanın dünyaşöhrətli opera və estrada müğənnisi Alessandro Safina-nın Bakıda konserti keçiriləcək.

Alessandro Safina Bakıda tezliklə təşkil olunacaq ilk konsertində hitə çevrilmiş və müxtəlif ölkələrdə sevilən mahnılarını təqdim edəcək.

Heydər Əliyev Mərkəzinin yaydığı xəbərdə bildirilir ki, mərkəzdə təşkil olunacaq musiqi gecəsində müğənninin «Luna», «Besame Mucho» və s. məşhur mahnıları səslənəcək.

Alessandro Safina 1963-cü il oktyabrın 14-də İtaliyanın Siena şəhərində doğulub.

7 yaşında Florensiyada konservatoriyaya daxil olub və Avropanın müxtəlif ölkələrində məşhur operalarda əsas partiyaları ifa etməyə başlayıb.

1989-cu ildə o, ilk dəfə Mantova şəhərində «Concorso Lirico Internazionale» müsabiqəsində mükafat qazanıb və bu, ifaçının parlaq karyerasının başlanğıcı olub.

Məşhur tenor dünyanın ən möhtəşəm konsert salonlarında - Mantovadakı «Teatro Bibiena»da, Londondakı «Barbican Hall»da və digərlərində çıxış edib.

Alessandro Safina-nın opera yaradıcılığı ilə yanaşı, Sarah Brightman, Elton John, José Carreras və digər məşhurlarla birgə çıxışları da şöhrət qazanıb.

O, klassik və populyar musiqi janrlarını birləşdirməklə sənətdə «opera roku» adlandırılan yeni üslub yaradıb.

1999-cu ildə özündə opera, soul və müzikl elementlərini cəmləşdirən «Insieme a Te» albomunu buraxıb.

«Luna» sinqlının yer aldığı diski isə dünyada milyonların qəlbini fəth eləyib.
Alessandro Safina filmlərə də çəkilib.

Mərkəz konsertin dəqiq vaxtını açıqlamayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG