Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:29

Naxçıvan şəhəri «Gənclər paytaxtı» ola bilər


Naxçıvan
Naxçıvan
-
Naxçıvan şəhərinin namizədliyi «Gənclər paytaxtı -2014» səsverməsinə irəli sürülüb.

Bu haqda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Məlumata görə, yanvarın 23-dən fevralın 1-dək internet vasitəsilə keçiriləcək səsvermədə yaşından, vətəndaşlığından və milliyyətindən asılı olmayaraq hər kəs iştirak edə biləcək.

«Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı»na əsasən, hər il ölkənin bir rayon və ya şəhərinin «Gənclər paytaxtı» elan edilməsi nəzərdə tutulub. Ötən il «Gənclər paytaxtı» kimi Gəncə elan olunmuşdu.
XS
SM
MD
LG