Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:54

İslamçı qruplarla mübarizə ilə bağlı Dəməşqdə danışıqlar aparılıb


Suriya xarici işlər nazirinin müavini Faysal Mikdad bildirib ki, Qərbin təhlükəsizlik təşkilatları radikal islamçı qruplarla mübarizə ilə bağlı Dəməşqdə danışıqlar aparıb.

Faysal Mikdad BBC-yə açıqlamasında deyib ki, prezident Bashar Assadin devrilməsi üçün təzyiq göstərən Qərbin təhlükəsizlik rəsmiləri ilə siyasətçilər arasında fikir ayrılığı var.

Suriya hökuməti rəsmiləri gələn həftə Cenevrədə keçiriləcək sülh danışıqları ilə müzakirələrdə iştirak edəcəyini bildirib. Ancaq müxalif Suriya Milli Koalisiyası danışıqlarda iştirak edib-etməyəcəyi ilə bağlı hələ qərar verməyib.

BMT-nin statistikasına görə. Suriyada daxili müharibənin davam etdiyi 3 il ərzində 9 milyondan çox suriyalı evlərini tərk etmək məcburiyyətində qalıb. 100 mindən artıq adam isə ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG