Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:52

Yanvarın 20-də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq


20 Yanvar matəm gününün 24-cü ildönümü ilə bağlı bəzi küçələrdə avtomobillərin hərəkəti məhdudlaşacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, yanvarın 20-də saat 08:00-dan Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, Parlament prospekti - Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücüləri yanvarın 20-də sürücüləri şəxsi nəqliyyat vasitələrindən az istifadə etməyə, alternativ yollarla hərəkət etməyə çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG