Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:08
-

ABŞ Dövlət Departamenti Rusiya hakimiyyətinin Azadlıq Radiosunun müxbiri David Satter-in vizasını uzatmaqdan imtina etməsindən təəssüfləndiyini bildirib.

Departamentin sözçüsü Marie Harf yanvarın 14-də deyib ki, bu, “informasiyanın azad şəkildə toplanıb yayılmasına, azad müzakirələrə maneə törədir”.

Amerikanın bütün beynəlxalq yayım qurumlarına nəzarət edən Yayım üzrə Direktorlar Şurası da məsələyə münasibətini bildirib.

Şuranın rəhbəri Chair Jeffrey Shell bəyanat verərək bildirib:

"Biz hər yerdə fikir azadlığı və jurnalist azadlığını dəstəkləyirik. Yayım üzrə Direktorlar Şurası və Azad Avropa/Azadlıq Radioları Korporasiyasının rəhbərliyi Rusiya hökumətindən tələb edir ki, cənab Satterin vizası ilə bağlı qərar dəyişdirilsin. "Russia Today" kanalı və Rusiyanın başqa media qurumları işlərinə heç bir müdaxilə olmadan Amerikada çalışa bilirlər. Bizim jurnalistlərimiz üçün də Rusiyada eyni şəraitin yaradılmasında israr edirik".

ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin demokrat üzvü Eliot L. Engel də bəyanat yayaraq Rusiya hökumətinin David Satter-in vizasının uzadılmasından imtina eməsinə görə dərin məyusluq keçirdiyini bildirib.

“Cənab Satter-in vizasının yenilənməsindən imtina olunması o deməkdir ki, onun qırx ildən artıq jurnalist kimi çalışdığı ölkəyə qayıtmasına imkan verilməyəcək. Bundan da artıq narahatlıq doğuran fakt odur ki, Moskvada əyləşən hakimiyyət nümayəndələri bu qərarlarını doğru-düzgün izah etməyiblər. Bu hərəkət Rusiyada mətbuat və müstəqil jurnalistikaya daha bir zərbə kimi qiymətləndirilə bilər. Mən Rusiya hökumətini mətbuat azadlığı ilə bağlı öhdəliklərinə əməl etməyə və cənab Satter-in viza məsələsinə yenidən baxmağa çağırıram”.

Azad Avropa və Azadlıq Radiolarının prezidenti Kevin Klose da məsələyə münasibətini açıqlayıb.

O, Radionun bəyanatında qeyd edib ki, cənab Satter Rusiya Xarici İşlər Nazirliyinin viza ilə bağlı müəyyənləşdirdiyi tövsiyələrə həmişə əməl edib.
Klose bildirib ki, rusiyalı məmurun vizanın uzadılmasından imtina zamanı “arzuolunmaz” sözünü işlətməsi cənab Satter-in Rusiyada "persona non grata" elan edilməsi anlamına gəlir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG