Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:44

Yazıçı üçün qızıl qaydalar – Henry Miller-dən


 Henry Valentine Miller

Henry Valentine Miller

-

Məşhur Amerika yazıçısı, rəssamı Henty Miller özü üçün 11 qayda müəyyən etmişdi. Bu ona 1932-33-cü illərdə “Qara yaz” romanı üzərində çalışarkən iş qrafikinə sadiq qalmaqdan ötrü lazım idi.

Həmin qaydaların çoxu başqa yazıçılar üçün də gərəkli ola bilər:

- Eyni zamanda bir neçə əsər üzərində işləmə, birini bitir, sonra.

- Heç bir təzə kitaba başlama, “Qara yaz”a daha heç nə əlavə etmə.

- Əsəbiləşmə, əlində nə varsa, üzərində səbrlə, həzz alaraq və geriyə baxmadan çalış.

- Ovqatına yox, Qrafikinə uyğun işlə. Yalnız qrafikə uyğun yerdə dayan.

- Yarada bilməyəndə başqa işlər görə bilərsən.

- Adi insan həyatı yaşa. İnsanlarla ünsiyyətini kəsmə, harasa get, istəyirsən lap içki iç, əgər buna tələbat hiss edirsənsə.

- Yazı yazmaq yük daşımaq deyil, yalnız bu prosesdən həzz alanda yaz.

- Əgər ehtiyac hiss etsən, Qrafiki rədd elə. Amma səhər yenidən ona qayıt...

- Gələcəkdə yazmaq istədiyin kitabları fikrindən çıxar. Yalnız yazmaqda olduğun kitab barədə düşün.

- Əsas diqqətin yazıda olsun, rəsm, musiqi, dostlar, kinoteatr - bunların hamısı yazıdan sonra gəlir.

Günün bütün mövzuları

XS
SM
MD
LG