Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:21

İran prezidenti Cenevrə razılaşmasını Tehranın qələbəsi adlandırıb


Hassan Rohani

Hassan Rohani

İran prezidenti Hassan Rohani noyabrda Cenevrədə İranın nüvə proqramı ilə bağlı əldə edilmiş razılaşmanı ölkəsinin qələbəsi adlandırıb.O bildirib ki, bu İranın atam əldə etmək hüququnun tanınması və İran xalqına qarşı tətbiq edilən kəskin sanksiyaların məğlubiyyəti deməkdir.

Cenevrə razılaşmasında İranın uran zənginləşdirilməsi üzərində işi dayandırması və əvəzində ona qarşı tətbiq edilən sanksiyaların yüngülləşdirilməsi nəzərdə tutulur.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır. Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG