Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:27
Amerikalı jurnalist, yazıçı, habelə Azad Avropa və Azadlıq Radiosu prezidentinin müşaviri David Satterin Rusiyaya girməsinə icazə verilməyib.

Radiostansiyanın prezidenti Kevin Klos bu barədə Moskvadakı ABŞ səfirliyinə məlumat verildiyini və səfirliyin Rusiya xarici işlər nazirliyinə soru göndərdiyini bildirir.Rusiyanın Xarici İşlər Nazirliyi hələlik jurnalistə viza verilməməsinin səbəbinə münasibət bildirməyib.

Satter radiostansiyada müçavir kimi 2013-cü ilin sentyabrından çalışır.Dekabrda o Ukraynada olub və ordan radionun saytında ölkədəki son hadisələrlə bağlı “ Amerikalı jurnalistin Kiyev gündəliyi” adlı materiallar dərc eləyib.

Satterə viza verilməməməsi barədə Rusiyanın Kiyevdəki səfirliyi məlumat yayıb.O Kiyevdən Moskvaya getmək istəyirmiş.Satterə bildirilib ki, onun Rusiya ərazisində olması arzuedilməzdir.

Satter 1976-1982-ci illərdə “Financial Times” qəzetinin Moskva müxbiri olub. Bundan sonra isə Wall Street Journalın SSSR üzrə xüsusi müxbiri olub.

Hazırda o Johns HopkinsUniversitetinin elmi əməkdaşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG