Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:09
-
44 yaşlı amerikalı – ömürlük cəzaya məhkum olan Alaric Hunt həbsxanada yazdığı «Cuts Through Bone» detektiv romanına görə “The Private Eye Writers of America” ədəbi mükafatına layiq görülüb.

“The New York Times”-ın yazdığına görə, Cənubi Karolinada ciddi rejimli məhbəsdə yatan Alaric Hunt bu romanı 9 aya yazıb.

19 yaşından həbsxanadan çıxa bilməyən və romanında təsvir olunan Nyu-Yorku heç vaxt görməyən Alaric Hunt bunun üçün şəhərin köhnə fotolarından, «Qanun və Qayda» serialından, bir də həbsxanada oxuduğu kitablardan yararlanıb.

Tənqidçilər romanının personajlarının çox diri olduğunu etiraf ediblər.

Alaric Hunt kitab oxumağa həbsxanada başlayıb. O, ilk dəfə Heminqueyin əsərlərini oxuyub və yazıçını çox sevib.

Daha sonra yunan və Roma filosoflarına keçib. Özü hekayələr yazmağa başlayıb. Onları nəşriyyatlara göndərsə də, heç biri çap olunmayıb.

Artıq poçt xidmətinə pulu çatmayan Alaric Hunt 2001-ci ildə bu sevdadan əl çəkib.
2007-ci ildə Alaric Hunt Minotaur Books nəşriyyatının çap olunmamış detektiv romanlar müsabiqəsi – “The Private Eye Writers of America” barədə eşidib.

Müsabiqədə iştirakın ödənişsiz olduğu, kitabın çap olunacağı və üstəlik, qalibin 10 min dollar qazanacağı xeyli borcu olan Alaric Hunt-un yaradıcılıq eşqini təzədən alovlandırıb.

Alaric Hunt 1988-ci ildən bəri məhkumluq həyatı yaşayır.

Məhkəmə onu adam öldürməkdə, yanğın törətməkdə və soyğunçuluqda ittiham edərək ömürlük cəzalandırıb.

ABŞ qanunlarına görə, onun vaxtından əvvəl şərti azadlığa qovuşması üçün hələ 5 il də keçməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG