Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:03

Obama qanunvericiləri Tehrana şans verməyə çağırıb


Barack Obama
Barack Obama
ABŞ prezidenti Barack Obama qanunvericiləri İranla əldə olunmuş ilkin razılaşmadan sonra Tehrana diplomatik şans verməyə çağırıb.Obama İranla əldə edilmiş son razılaşmanın imkanlara qapı açdığını bildirib.

Bu razılaşmaya görə Tehran uran zəngiləşdirilməsi üzərində işi dayandırmalı və əvəzində ona qarşı tətbiq edilən beynəlxalq sanksiyalar yüngülləşdirilməlidir.Yanvarın 20-dən bu planın həyata keçirilməsinə başlanacaq.

Bir sıta konqresmenlər buna baxmayaraq İrana qarşı yeni sanksiyalar tətbiq edilməsini təkləif edirlər. Tehran isə belə halda yekun razılıqla bağlı danışıqlardan çıxacağını xəbərdarlıq edib.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashton yekun razılığa ümidlə yanaşdığını deyir.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır. Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG