Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:33

Azad Rəhimov Vüqar Həşimovun xatirəsinin əbədiləşdirilməsini istərdi


-
"Vüqar Həşimovun vəfatı Azərbaycan xalqı, ictimaiyyəti və idmanı üçün ağır itkidir".

Bu barədə gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Vüqar Həşimov kimi çox istedadlı gənc, dünyanın ən yaxşı şahmatçılarından birini itiriblər. Nazir bildirib ki, bu cür yüksək səviyyəli idmançının xatirəsinin əbədiləşdirilməsini istərdi:

"Bilirsiniz ki, bu qərarı dövlət qəbul edir. Bunu nazirlik qəbul edə bilməz. Buna görə də hər hansı bir təklifləri cənab prezidentlə məsləhətləşmək vacibdir. Onun fikirləri və baxışı önəmlidir. Son iki gün ərzində onun adını daşıyan hansısa küçə, mərkəz, kompleksin olması ilə bağlı təkliflər gəlir. Ancaq hazırda hansı qərar qəbul ediləcək deyə bilmərəm".

Günün bütün mövzuları

XS
SM
MD
LG