Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:13
-
İsmayıllı məhbusu Səxavət Səmədovun məhkəmədə halı pisləşib.

Bu barədə AzadlıqRadiosunun Şəkidəki müxbiri xəbər verir. Yanvarın 14-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələrinə görə saxlananların məhkəməsi davam edib. Proses zamanı məhbus Səxavət Səmədovun halı pisləşib. Məhkəməyə təcili tibbi yardım çağırılıb. Müxbir bildirir ki, Səxavət Səmədov 5 gündür aclıq aksiyası edir.

2013-cü il yanvarın 23-də İsmayıllıda «Çıraq» otelinin inzibatçısının və daha bir nəfərin yerli sakinləri təhqir etməsindən sonra bir qrup sakin oteli və onun həyətində olan maşınları yandırmışdı.

Yanvarın 24-də yerli sakinlər rayon icra başçısının istefası tələbiylə etiraz aksiyasına başlamış və bir qədər sonra hadisələr təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya çevrilmişdi.

İndiyədək 18 nəfər həbs olunub. Onların arasında REAL Hərəkatının liderlərindən İlqar Məmmədov və Müsavat başqanının müşaviri Tofiq Yaqublu da var.

Həbs olunanlar ictimai asayişi pozmaqda, vətəndaşları kütləvi iğtişaşlara çağırmaqda və hakimiyyət nümayəndələrinə qarşı zor işlətməkdə ittiham edilirlər.

Şərhləri göstər

XS
SM
MD
LG