Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:02

«İstintaqın əlindəki sübutlar yetərli idi ki...»


Rafiq Tağı
Rafiq Tağı
-
“İstintaqın əlindəki sübutlarla Rafiq Tağının qatilini müəyyən etmək mümkün idi”.

​Bu barədə mediaforum.az saytına müsahibəsində vəkil Elçin Sadıqov deyib. O bildirib ki, istintaqın dayandırılması qərarından məhkəməyə şikayət ünvanlayacaqlar:

“İstintaqla əlaqə saxlamışam. Mənə bildiriblər ki, istintaqın dayandırılmasının səbəbi təqsirləndirilən, cinayət törədən şəxsin müəyyən edilməməsidir. Məcəlləyə əsasən, cinayəti törədən şəxs müəyyən edilmədikdə iş üzrə istintaq dayandırıla bilər. Amma bütün hallarda səmərəli istintaq hərəkətləri həyata keçirilməlidir. Aparılan obyektiv istintaq hərəkətləri nəticə verməyəndə, iş üzrə icraatı dayandırmaq olar. Hesab edirəm ki, istintaqın əlində olan sübutlarla Rafiq Tağının qatilini müəyyən etmək mümkün idi.”

“HƏBSİMİ TANRININ LÜTFÜ KİMİ QƏBUL ETDİM”

Yadigar Sadıqov
Yadigar Sadıqov
Yadigar Sadıqov məhkəmədə son sözlə çıxış edib. Müsavat.com saytı onun çıxışını çap edib. Yadigar Sadıqov şahidləri yalan ifadə verməkdə, hakimləri ədalətsizlikdə, göstərişlə qərar verməkdə suçlayıb:

“Həbs olunmamışdan öncə də Azərbaycan məhkəmələrinin ədalətdən uzaq olduğunu bilirdim. Ancaq həbsim müddətində gördüklərimdən dəhşətə gəldim. Sözlə ifadəsi mümkün olmayan rəzalət yaşanır. Ədalət ilahəsi Femidanı özünü sağa da, sola da satan pozğun qadına çeviriblər. Hakimiyyət məni cəzalandırdığını, əzab verdiyini düşünürsə, çox yanılır. Mən elə azadlıqda da əzab çəkirdim. Henri Toronun “Ədalətsiz dövlətdə ədalətli insanın yeri həbsxanadır” fikri var. Mən də iyunun 27-də qoluma vurulan qandalları Tanrının lütfü kimi qəbul etdim”.

NAZİRLƏRİN KABİNETLƏRİNƏ XÜSUSİ QURĞU QURAŞDIRILIR

arxiv foto
arxiv foto
“Azadlıq” qəzeti 14 yanvar buraxılışında yazır ki, hakimiyyət təhlükəsizlik tədbirlərini gücləndirir.

Nazir və nazir müavinlərinin, həmçinin komitə sədrlərinin, iri şəhərlərin icra başçılarının kabinetlərinə xüsusi qurğu quraşdırılır. “Azadlıq”a daxil olan məlumata görə, bu, təzlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlıdır. Qurğu işə salınanda nəinki onun yerləşdiyi otağı dinləmək olur, hətta mobil telefonların dalğası belə itir.

CƏMİL HƏSƏNLİ ÇAĞIRIŞ ETDİ

Bu barədə “Yeni Müsavat” qəzeti yazır. Milli Şura sədri Cəmil Həsənli müxalifətdaxili gedən proseslər barədə qəzetə verdiyi müsahibəsində patriyalara çağırışlar edib:

“Gedən proseslərə bir az korrekt yanaşmaq, bir-birini təhqir etməkdən çəkinmək, mübarizənin sivil formalarına üstünlük vermək lazımdır. Bu kimi məsələlər bu partiyaların arasında əvvəllər də olub. Hesab edirəm ki, müxalifət qüvvələrinin görə biləcəyi çox şey, çox iş, gedəcəyi çox ağır bir yol var. Gücü, enerjini, intellektual potensialı cəmiyyətin demokratikləşməsinə, azad, ədalətli, demokratik seçki mühitinin yaradılmasına, siyasi məhbusların azad edilməsinə, Azərbaycan vətəndaşlarının layiqli həyat, demokratik cəmiyyət arzularının yerinə yetirilməsinə yönəltmək lazımdır”.

YAP BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ HAZIRLIQLARA BAŞLAYIB

Mübariz Qurbanlı
Mübariz Qurbanlı
Bu barədə YAP İcra katibinin müavini Mübariz Qurbanlı SİA.az-a müsahibəsində deyib. O bildirib ki, İstənilən vaxt keçirilən seçkilərdə YAP öz potensialı ilə iştirak edir və uğur qazanır:

“2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqlarımız başlayıb. İnanırıq ki, bu seçkilərdə də bizim namizədlərimiz qalibiyyət qazanacaqlar. Çünki buna bizim həm gücümüz, həm də imkanımız çatır”.

ÖTƏN İL ZAQATALADA 155 HEKTAR SAHƏDƏ YENİ MEYVƏ BAĞLARI SALINIB

Bu barədə “AzərTAc” məlumat yayıb. Yazıda bildirilir ki, 2013-cü ildə Zaqatalada 155 hektar sahədə yeni meyvə bağları salınıb. Rayon icra hakimiyyətindən AzərTac-a bildiriblər ki, hazırda rayon ərazisində 11 min 437 hektar meyvə bağları var. Bunun 9 min 418 hektarını fındıq bağları təşkil edir. Ötən il rayonda 27 min 743 ton meyvə istehsal olunub, fındıq bağlarından 9 min 895 ton məhsul götürülüb. Əvvəlki illə müqayisədə meyvə istehsalı 579 ton, o cümlədən fındıq istehsalı 435 ton artıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG