Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 13:57

Əfqanıstan müharibə filminin nümaişi ölümlə nəticələnib


-
Floridada kinozalların birində film nümayişi zamanı atışma olub. Bir nəfər aldığı güllə yarasından ölüb.

Florida polisi məsələyə münasibət bildirərkən deyib ki, hadisə Əfqanıstanla bağlı müharibə filminin nümayişində baş verib. Film izləyənlərin arasında yaranan mübahisə bir nəfərin ölməsi ilə nəticələnib. Hadisə zamanı bir qadın da yaralanıb.

“Lone Survivor” (Tək xilas olan) filmi həftəsonu Şimali Amerika film listinin üst pilləsində yer alıb. Hollywood istehsalı olan bu film 2007-ci ildə ABŞ Hava qüvvələrinin Əfqanıstanda uğursuz missiyasından bəhs edir. Film 38.5 milyon gəlir gətirib.

Film 2007-ci ildə Marcus Luttrell and Patrick Robinsonun qələmə aldığı həqiqətlərə əsaslanan eyni adlı kitabı əsasında çəkilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG