Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:11

İsmayıllı hadisələrinə görə saxlananlardan biri intihara cəhd edib


Fuad Ağayev

Fuad Ağayev

Vəkil Fuad Ağayev İsmayıllı məhbuslarından biri Səxavət Səmədovun intihar etməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib.

O, AzadlıqRasdiosuna bildirib ki, yanvarın 13-də Şəkidə keçirilən məhkəmə prosesində Səxavət Səmədov intihara cəhd etdiyini söyləyib: “Dedi ki, əleyhinə verilən yalan ifadəyə dözə bilmədiyindən intihara cəhd göstərib. Amma kamera yoldaşı onu son anda xilas edə bilib. Səxavət çarpayı ağı ilə özünü asmaq istəyib. Boğazında olan iz onun dediklərini təsdiqləyirdi. Səxavət Məmmədov ötən məhkəmə prosesində intihar edəcəyi ilə bağlı xəbərdarlıq etmişdi".

Bir neçə gün öncə İsmayıllı məhbusunun qohumları AzadlıqRadiosuna Səxavət Səmədovun intiharı ilə bağlı məlumat vermişdilər. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbəri Mehman Sadıqov isə Səxavət Səmədovun yanvarın 9-u gecə Şəkidəki istintaq təcridxanasında özünü asmağa cəhd göstərməsini təkzib etmişdi.

Bu günkü məhkəmə prosesində müttəhim İlqar Məmmədovun vəkili Fuad Ağayev cərimə olunub. O, prosesə mane olmaqda günahlandırılıb.

Fuad Ağayev AzadlıqRadiosuna bildirib ki, səmərəli müdafiəyə şərait yaradılmayıb. Buna görə də ikinci dəfə məhkəmə tərkibinə etiraz edib: “Amma məhkəmə vəsatətimi baxılmamış saxladı, üstəlik məni də prosesə mane olmaqda günahlandırıb 220 manat cərimələdi".

İsmayıllı olayları ilə bağlı 18 nəfər həbs edilib.
Onlar 2013-cü il yanvarın 23-24-də İsmayıllıda ictimai asaişi pozmaq, kütləvi iğtişaşların təşkili və hakimiyyət nümayəndələrinə qarşı zor işlətməkdə ittiham olunurlar.
Onlar ittihamları rədd edir, həbslərinin siyasi motivli olduğunu deyirlər.

Müsavat başqanının müavini Tofiq Yaqublu və REAL hərəkatının lideri İlqar Məmmədov da onların arasındadır.
XS
SM
MD
LG