Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:38

Dövlət Gənc Tamaşaçılar Teatrı Yeni ili yeniliklərlə bəzəyəcək


Yeni tamaşa
Yeni tamaşa
-
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Yeni ildə fəaliyyətini gərgin iş şəraitində davam etdirir.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, yanvarın ilk günlərindən teatrda beynəlxalq layihə əsasında yeni tamaşanın məşqinə başlanılıb.

Mətbuat xidmətinin fikrincə, Azərbaycan teatr məkanında ilk dəfə eyni müəllifin 3 ayrı-ayrı əsərinin 1 məkanda nümayişi teatrsevərlərə yeni hədiyyə olacaq.

Bu, ingilis dramaturqu, ssenaristi və kinorejissoru, Oskar mükafatçısı Martin McDonagh-ın «Linenin trilogiyası» adlı eyniadlı əsəri əsasında «Konnemarada bir kəllə», «Gözəllik kraliçası» və «Yalqız qərb» tamaşalarıdır.

Quruluşçu rejissoru (Yan Vilyem Van Den Boh), tərtibatçı rəssamı (Lisa Kuk) və işıq üzrə rəssamı (Michael Manion) Böyük Britaniyadan olan tamaşa dünya teatr səhnəsinə inteqrasiya baxımından uğurlu başlanğıc vəd edir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, «British Council» və Dövlət Gənc Tamaşaçılar teatrının birgə layihəsi olan bu yeni iş «Teatr əməkdaşlığı»na dair müqavilə əsasında reallaşır.

Layihədə Böyük Britaniyadan olan teatr mütəxəssisləri ilə bərabər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor heyəti, gənc rejissor və işıq dizaynerləri də iştirak edirlər.

Yeni layihədə hər üç tamaşanın rejissoru və işıq rəssamları Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarıdır.

Tamaşaların təqdimatının mart ayının əvvəllərində Azərbaycan Milli Teatr günü ərəfəsində nümayiş etdirilməsi nəzərdə tutulur.

Mətbuat xidmətinin məlumatında teatrda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tamaşanın nümayiş etdiriləcəyi də bildirilir.

Yazıçı-dramaturq Tamara Vəliyevanın 20 Yanvar faciəsinə həsr olunmuş «Mənim ağ göyərçinim» tamaşası yanvarın 19-da saat 19.00-da nümayiş etdiriləcək.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. İlk və nakam məhəbbət haqqında ikihissəli səhnə əsərinin tərtibatçı rəssamı Gürcüstan Respublikasının tanınmış rəssamı, Tumanişvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.

Xəbərdə teatrın 2014-cü il üçün repertuar planının təsdiqləndiyi də bildirilir.

Maraqlı və rəngarəng tamaşalar vəd edən repertuar planına uşaqlar üçün Yevgeni Şvartsın «Qırmızıpapaq», «Qoğalın nağılı», digər yaş kateqoriyasından olan tamaşaçılar üçün Şekspirin «III Riçard», Jorj Feydonun «Qadın dərzisi» tamaşaları daxil edilib.

Xəbərdə vurğulanır ki, Azərbaycanın Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyi ilə bağlı teatrda dramaturqun «Sarıköynək və Valehin nağılı» əsəri əsasında yeni tamaşa hazırlanacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG