Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:44

Şamaxıda külək fəsadlar törədib


Foto arxiv
Foto arxiv
Yanvarın 13-də günorta saatlarından başlayaraq Şamaxıda külək bir sıra fəsadlar törədib.

APA-nın məlumatına görə, bir sıra evlər və həyətyanı tikililər və tövlələrin dam örtüyü, habelə elektrik xətləri və bir neçə avtomobilə ziyan vurub.

Təkcə Şamaxı şəhərində 20-yə yaxın ev və yardımçı tikilinin dam örtüyünün yerindən qopduğu, şəhərin bəzi yerlərində elektrik və rabitə xətlərinin qırıldığı xəbər verilir.Güclü külək kəndlərdə də dağıntılara səbəb olub. Bir neçə kənddə elektrik dirəkləri aşıb, xətlər qırılıb, elektrik enerjisi kəsilib.

Şamaxıda iki minik avtomobili isə aşan ağacların altında qalıb.Nəticədə sürücülərdən biri yüngül xəsarət alıb, o birinin isə qolu sınıb.

Rayon fövqəladə hallar komissiyasının nümayəndələri hazırda təbii fəlakət zonasına baxış keçirilir. Rayona dəymiş ziyanın məbləği hələ ki, bəlli deyil.
XS
SM
MD
LG