Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:09

29 dekabr aksiyasında saxlananlardan biri azadlığa çıxıb


29 dekabr aksiyası
29 dekabr aksiyası
-
Ötən il dekabrın 29-da Bakının Fəvvarələr meydanında keçirilmiş etiraz aksiyasında tutulan 6 gənc fəaldan biri – Samir Poladov yanvarın 13-də azadlığa çıxıb.

Mediaforum saytına danışan Samir Poladov saxlandıqları təcridxanada – Bakı polisinin Binəqədidəki məntəqəsində şəraitin pis olduğunu deyib:

«Ürəyimdə problemlər olduğu üçün tez-tez təcili yardım çağırılmasına ehtiyac duyurdum. Amma hər zaman təcili yardımı çox gec çağırırdılar».

Samir Poladov bildirib ki, təcridxanada verilən yeməklər çox keyfiyyətsiz olduğu üçün 5 gün aclıq aksiyası keçiriblər:

«Bundan əlavə saxlandığımız kamerada yataq dəstləri çirkli idi. İsti su ümumiyyətlə yox idi, soyuq su isə fasilələrlə verilirdi. Təcridxana rəisi hər gün bizə psixoloji təzyiqlər edirdi».

Samir Poladov Qarabağ döyüşçüsü Zaur Həsənovun intihara vadar edənlərin cəzalandırılması tələbilə keçirilmiş aksiyada saxlanmış, 15 sutka həbs edilmişdi.

Bitərəf Orxan Eyyubzadə 18, Müsavat üzvləri Tural Sadıqlı 17, Cavid Hacıbəyli 16, AXCP üzvləri Orxan Carçı 16, Türkel Əlisoy 15 sutka həbs cəzası alıb.
XS
SM
MD
LG