Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:37
-
Lənkəran rayon Məhkəməsi Müsavat başqanının müşaviri Yadigar Sadıqovu 6 il azadlıqdan məhrum edib.

Yanvarın 13-də keçirilən prosesdə vəkil Xalid Bağırov qaldırdığı vəsatətlərin heç birinə əhəmiyyət verilmədiyini bildirib. O deyib ki, şahidlərin heç biri hadisənin harada baş verdiyini xatırlamayıb. Xalid Bağırov qeyd edib ki, o, dəfələrlə iddiaçı Rəşid Kərimovun ekspertizası zamanı rəy verən həkimlərin məhkəməyə dəvət olunması ilə bağlı vəsatət qaldırıb: «Amma bu vəsatətlərim qəbul olunmadı».

İddiaçı, II qrup Qarabağ əlili Rəşid Kərimov vəkilin çıxışını replikalarla kəsdiyi üçün Xalid Bağırov hakimin məsələyə müdaxilə etməsini istəyib. Hakim Elçin Kazımov Rəşid Kərimovu məhkəmə zalından çıxarıb.

Son sözlə çıxış edən Yadigar Sadıqov ittihamları qondarma sayıb, həbsinin sosial şəbəkələrdəki fəallığı və siyasi fəaliyyətilə bağlı olduğunu bildirib. O deyib ki, təcridxanada olarkən saxlananların çoxunun yazı yaza bilmədiyi diqqətini cəlb edib:

«Oradakı məhbusların çoxu yazı yazmağı, oxumağı belə bacarmırdı. Savadsız cəmiyyət yetişdirirlər ki, idarə etmək asan olsun. Bizim kimilərini isə həbsxanaya salırsınız».

Müttəhimin vəkili Xalid Bağırov AzadlıqRadiosuna bildirib ki, onlar məhkəmə hökmündən apellyasiya verəcəklər.

Dekabrın 23-də dövlət ittihamçısı məhkəmədən Yadigar Sadıqovun 7 il azadlıqdan məhrum edilməsini, cəzasını ümumi rejimli müəssisədə çəkməsini istəmişdi.

Yadigar Sadıqov iyunun 27-də saxlanıb. O, II qrup Qarabağ əlili Rəşid Kərimovu döyməkdə ittiham olunurdu.

MİLLİ ŞURA YADİGAR SADIQLI İLƏ BAĞLI BƏYANAT VERDİ

Demokratik Qüvvələrin Milli Şurası Lənkəran rayon məhkəməsinin qərarını pisləyən bəyanat yayıb.

«Milli Şura hesab edir ki, Yadigar Sadıqlının həbsi fərqli siyasi düşüncəyə malik insanlara qarşı aparılan repressiyanın tərkib hissə olmaqla yanaşı, onun haqqında çıxarılan bugünkü məhkəmə hökmü də absurd və gülüncdür. Bu qərar Azərbaycan məhkəmələrində hüquq nihilzimin baş alıb getdiyini göstərir» - bəyanatda bildirilir.

Milli Şura Yadigar Sadıqlı başda olmaqla həbsdə olan bütün siyasi məhbusların dərhal və qeyd şərtsiz azadlığa buraxılmasını tələb edir.

Şərhləri göstər

XS
SM
MD
LG