Keçid linkləri

2024, 21 May, çərşənbə axşamı, Bakı vaxtı 02:07

«Doktrina» Mərkəzi: «Son 2 ildə Azərbaycan ordusu 150 hərbçi itirib»


Foto: Arxiv
Foto: Arxiv
-
«2012-ci ilin yanvarından bu günədək Azərbaycan ordusu 150-yə yaxın hərbçi itirib. Onlardan 120 nəfəri döyüşdənkənar itki sayılır» – «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli AzadlıqRadiosuna belə deyir.

O, Müdafiə Nazirliyinin hərbi hissələrində 2012-ci ildə 84, ötən il 61 hərbçinin ölüm faktını qeydə aldıqlarını bildirir:

«84 hərbçinin 68-i qeyri-döyüş şəraitində həlak olub. Onlar müxtəlif səbəblərdən ölüblər. Məsələn, intihar, avtoqəza, silahla ehtiyatsız davranma, xəstəliklər, qeyri-nizamnamə halları səbəb kimi göstərilə bilər. Ötən il həlak olmuş 61 nəfərin 50-si qeyri-döyüş şəraitində həyatını itirib. Səbəblər eynidir».

2014-cü ilin ilk iki həftəsində 4 hərbçinin döyüşdənkənar şəraitdə həlak olduğu bildirilir. Onlardan üçü Müdafiə Nazirliyinin hərbi qulluqçusu olub:

«İlkin rəsmi məlumatlara görə, dörd ölümün də səbəbi intihardır».

Son iki əsgər ölümü yanvarın 11 və 13-də baş verib.

Yanvarın 13-də baş verən bir başqa ölüm olayı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayında qeydə alınıb. Penitensiar xidmət hadisənin silahla ehtiyatsız davranma nəticəsində baş verdiyini bildirsə də, Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünüöldürmə həddinə çatdırma) cinayət işi açılıb.

Müdafiə Nazirliyinin hərbi hissələrində son iki ildə baş verən ölüm faktlarının 140-dan çoxu sabiq müdafiə naziri Səfər Əbiyevin, 6-sı yeni nazir Zakir Həsənovun dövrünə təsadüf edir.

Əbiyev dövründə Müdafiə Nazirliyi bir çox hərbi qulluqçunun məzuniyyətdə olduğu müddətdə vəfat etdiyini əsas gətirərək «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin statistikasını hər zaman şübhə altına alıb və bunu «şişirtmə» rəqəmlər kimi qiymətləndirib. Müdafiə Nazirliyi ictimaiyyətə hər hansı alternativ statistika təqdim etməyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG