Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:03

«Bunlar naziri də saymırlar»


Xudat sakini Hörmət Məmmədrəhimov
Xudat sakini Hörmət Məmmədrəhimov
-
“Uşaqdan hər gün pul istəyirlər. Test pulu, fond pulu... İki ay əvvəl gedib direktora dedim, arxayın etdi ki, daha belə şeylər olmayacaq. Ancaq yenə davam edir. O günlərdə direktor müavini Pakizə Məmmədovanın da yanında oldum. Deyirəm, nazirin göstərişi var ki, uşaqlardan pul yığılmamalıdır. Heç dinləmək də istəmir. Bu müəllimlər naziri də saymırlar”.

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə Xaçmazın Xudat kəndinin sakini Hörmət Məmmədrəhimov deyir. Qızı Günel kənd məktəbinin 5-ci sinifində təhsil alır. Atanın sözlərinə görə, Günel hər gün məktəbdən qayıdanda yenə ya fondpulu, ya da testpulu yığıldığını deyir:

"KÖHNƏ ƏMƏLLƏRİNİ DAVAM ETDİRİRLƏR"

“Cana doymuşuq. Bir tərəfdən nazir göstəriş verir ki, məktəblərdə pul yığılmasın, bir tərəfdən müəllimlər hələ də köhnə əməllərini davam etdirirlər. Bu gün xəbər tutmuşam ki, iki gün əvvəl Azərbaycan dilini tədris edən Fənərə müəllimə uşaqlardan yenə test pulu yığırmış. Qızımın pulu olmadığına görə uşağı başqa şagirdlərin yanında pərt edib, sinifdən çıxarıb, deyib get, tap gətir. Uşaq da məcbur qalıb, gedib məktəbin yeməkxanasında işləyən qadından borc alıb. Pulu müəlliməyə verəndən sonra müəllimə ona sinifdə oturmağa icazə verilib”.

DİREKTOR MÜƏLLİMƏNİ TƏNBEH EDİB

Xudat kənd məktəbinin direktoru Valeh Əzizov Fənərə müəlliməni tənbeh etdiyini deyir:

"Cəmi 9 şagirdi olan kiçik bir sinifdir. Müəllimə kurikuriumdan böyük summativ qiymətləndirmə üçün məcburi qaydada yox, sadəcə xahiş edib ki, 20 qəpikdən yığsınlar. Valideyni də çağırıb başa saldım ki, gənc müəllimədir, bu ildən müqavilə ilə işə qəbul olunub, bir də belə şey təkrar olunmaz.

- Əgər məcburi deyilsə, müəllimə uşağı niyə sinifdən çıxarıb?

- Valideyn də bir az əsəbidir. Onu da dəvət etdim, söhbət apardım, məsələni yoluna qoyduq. Fənərə müəlliməni də çağırdım, xəbərdarlıq etdim, məktəbə təzə gəlib. Mən izah etdim, başa düşdü".

Ötən il Mikayıl Cabbarov təhsil naziri təyin olunduqdan sonra məktəb direktorlarını xəbərdarlıq edib ki, şagirdlərdən fondpulu, təmirpulu, testpulu və sair bu kimi pullar yığılmasın.
XS
SM
MD
LG