Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 15:36

Qırğızıstan və Tacikistan arasında müharibə?


Batkenin atəşə tutulmasından sonrakı görüntülər
Batkenin atəşə tutulmasından sonrakı görüntülər
Qırğızıstan Xarici İşlər nazirliyi Şənbə günü ərazisini atəşə tutulması ilə bağlı Tacikistana iki rəsmi nota verib.

Qırğızıstan Baş nazirinin müavini Tokon Mamytov deyib ki, Şənbə günü sözün əls mənasında onlara qarşı hərbi əməliyyat keçirilib. Hücum zamanı həm yüngül silahlardan istifadə olunub, həm də binalar ərazilərindəki Tacik anklavı olan Varukhdan qumbaratan və minaatanlardan da atəşə tutulub deyə, baş verənlərin əvvəlcədən planlaşdırldığını düşünürlər.

Nəticədə Batken regionundakı binalar zərər görüb.

Münaqişə baş verən ərazi
Münaqişə baş verən ərazi
MÜNAQİŞƏNİN TARİXÇƏSİ

Qırğızıstanın Batken və Tacikistanın İsfara adlandırdığı Batken-İsfara regionunda sərhədlərin delimitasiya işləri hələ sovet dönəmindən mübahisəli olub. Hər iki sərhəd respublikanın ərazisində digərinə məxsus olan anklav kəndlər yer alır.
Yanvarın 7 və 9-da delimitasiya komissiyasının işini sürətnləndirmək üçün iki görüş keçirilib. Və müəyyən razılıqlar əldə edilib. Ancaq 2 gün sonra Qırğızıstan rəsmiləri Tacikistanın xüsusi təyinatlarının onların Batken rayonu ərazisində yerləşən Varukh kəndinə aparan yola hücum etdiyini bildirib.


tACİKLƏR DƏ QARŞI TƏRƏFİ İTTİHAM EDİR

Tacikistan tərəfi isə sərhəddə atışma baş verdiyini, Qırğız tərəfdən 3, Tacik tərəfdən isə 2 sərhədçinin yaralandığını bildirib. Son olaraq hər iki sərhəd regionunn rəsmiləri daha öncə imzalanan sazişlərin qüvvədə olduğunu və olayı araşdırmaq üçün komissiya yaradıldığını açıqlayıblar. Üstəlik, razılığa görə, hər iki tərəf yerli əhalini sakitləşdirməyə və münaqişənin alovlanmaması üçün maarifləndirmə işləri aparmağa söz veriblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG