Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 00:32

Türkiyənin məşhur orkestri Bakıda konsert verəcək


Foto: Arxiv
Foto: Arxiv
-
Yanvarın 29-da Bakıdakı Heydər Əliyev Mərkəzində Türkiyənin məşhur Bilkənt Simfonik Orkestrinin konserti keçiriləcək.

Mərkəzin yaydığı xəbərə görə, orkestrin bədii rəhbəri İşın Metinin dirijorluğu ilə keçəcək konsert proqramında skripkada Azərbaycanın Əməkdar artisti Toğrul Qəniyev çıxış edəcək.

«UNICEF Türkiyə»nin xoşməramlı səfiri olan Bilkənt Simfonik Orkestrinin Bakı konsertində tamaşaçılara Türkiyə, Almaniya və Rusiya bəstəkarları-- Ülvi Cemal Erkin, Feliks Mendelson və Sergey Raxmaninovun əsərləri təqdim olunacaq.

Qeyd edək ki, ölkələr arasında musiqi körpüsü yaratmaq orkestrin təməl prinsiplərindən biridir.

Kollektiv bu məqsədlə İtaliya, San-Marino, İsveçrədə keçirilən bir çox beynəlxalq festivallarda çıxış edib, Almaniya, Portuqaliya, Belçika və Yaponiyada konsertlər verib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG