Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:52

Türkiyə dərgisi Nigar Rəfibəylinin xatirəsinə xüsusi nömrə həsr edib


-
Türkiyənin «Berceste» aylıq mədəniyyət, sənət, ədəbiyyat dərgisinin Azərbaycan şairəsi Nigar Rəfibəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş «Türk Dünyası Ədəbiyyatı» adlı xüsusi buraxılışı (2013-cü il, dekabr, 138-ci sayı) işıq üzü görüb.

AYB-nin saytının yaydığı xəbərə görə, dərginin redaktoru və ön sözün müəllifi Vedat Ali Tokdur.

Dərginin üz qabığında Nigar Rəfibəylinin rəsmi verilib.

Dərgi İmdat Avşarın tərcüməsində şairənin «Vida», «Ayrılıq», «Neyləyim», «Rəfiqəm mənim», «Dağları duman alanda», «Qəzəl», «Müşkinaz xanımın əziz xatirəsinə» şeirləri ilə başlanır.
«Azərbaycan ədəbiyyatı» bölümündə anadan olmasının 75 illiyi münasibətilə Məmməd İsmayılın, Zaur Qəriboğlunun, Fərid Hüseynin, Vaqif Aslanın, Vaqif Məmmədovun, Günel Mövludun, Dilqəm Əhmədin, Rafael Tağızadənin, Ramiz Əsgərin, Vaqif Bəhmənlinin, və başqalarının şeirləri yer alıb.

Ötən il 100 illiyi qeyd edilən Ənvər Məmmədxanlının «Buz heykəl» hekayəsi İmdat Avşarın və Ömər Küçükmehmetoğlunun tərcüməsində nəşr olunub.

Bölmədə eləcə də, Anarın «Yaxşı padşahın nağılı» povesti, Günel Anarqızının «Şuşam» hekayəsi, Pərvin Nurəliyevanın «Turbo Tima» hekayəsi, Aydın Tağıyevin «Adəm kişinin oğlu» hekayəsi, Afaq Şıxlının «Bir ömrün son gecəsi» hekayəsi, Şərif Ağayarın «Anaxanım» hekayəsi, Sahilə İbrahimovanın «Mən deyildim» hekayəsi, Əjdər Olun tanınmış şəxsiyyətlər haqqında lətifələri oxucuların müzakirəsinə verilib.

Dərgidə Türkiyə ədəbiyyatından Əli Akbaşın «Quş süfrəsi» şeiri, Bəkir Oğuzbaşarın «Türkiyədən Türkistana» şeiri, Ömər Küçükmehmetoğlunun «Arayış» şeiri, Mehmet Qaradaşın «Türklüyün dərin mənasını axtararkən türkologiyaya və dastanlara baxmaq» elmi məqaləsi işıq üzü görüb.

Xüsusi buraxılışda Türkmənistandan, Qırğızıstandan, Qazaxıstandan, Krımdan, Özbəkistandan, Dağıstandan, Uyğur bölgəsindən, Tuvadan, Başqırdıstandan, Tatarıstandan olan yazarların, şairlərin, elm adamlarının əsərləri də oxuculara çatdırılır.

Azərbaycan, başqırd, qazax, qırğız, Krım tatarı, Kazan tatarı, özbək, qaraçay, tuva, türkmən dillərindən əsərləri Türkiyə türkcəsinə İmdat Avşar, İbrahim Türkxan, Saliyə İbrahimova, Ufuk Tavkula, Abdulbahab Kara, Geyruzə Qaripova, Ömər Küçükmehmetoğlu, Xalid Aşlar, Tolqonay Temirkanov tərcümə ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG