Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:15

İranın nüvə proqramı ilə bağlı ilkin razılaşmanın həyata keçirilməsinə başlanacaq


Abbas Araqchi

Abbas Araqchi

Yanvarın 20-dən İranın nüvə proqramı ilə bağlı əldə edilmiş ilkin razılaşmanın həyata keçirilməsinə başlanacaq .

Belə bir qərar yanvarın 9-10-da Çenevrədə Tehran və aparıcı dünya ölkələri arasında aparılan son görüşdə əldə olunub.

Bu razılaşmada İranın uran zənginləşdirilməsi üzərində işi dayandırması və əvəzində ona qarşı tətbiq edilən beynəlxalq sanksiyaların yüngülləşdirilməsi nəzərdə tutulur.

ABŞ prezidenti Barack Obama bu razılaşmanı alqışlayıb və İrana qarşı istənilən yeni sanksiyalara veto qoyacağını bildirib.

Amma ABŞ Dövlət katibi John Kerry yekun razılaşma üçün hələ bir sıra ciddi problemlər olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG