Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:22
-
TÜRKSOY 2014-cü ili «Türkmən şairi Məhdimqulu ili» elan edib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, bunu təşkilatın baş katibi Düsen Kaseinov yanvarın 11-də Atatürk Mərkəzində keçirilən tədbirdə bildirib.

D.Kaseinov qeyd edib ki, Məhdimqulunun həyat və yaradıcılığına həsr olunan tədbirlərdən biri də Azərbaycanda keçiriləcək:

«Biz mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevlə, M.F.Axundzadə adına Milli Kitabxananın direktoru Kərim Tahirovla bu barədə müzakirələr aparmışıq və növbəti aylarda Bakıda da tədbir keçirməyi planlaşdırırıq».

Məhdimqulu 1733-cü ildə doğulub, 1793-cü ildə vəfat edib

«Fəraqi» təxəllüsü ilə şeirlər yazıb.

Onun yaradıcılığı türkmən ədəbiyyatının inkişafında mühüm mərhələ sayılır.

Şairin kitabları Azərbaycanda da nəşr olunub.

«Dünya ədəbiyyatı klassikləri» seriyasından Məhdimqulunun 5 kitabı işıq üzü görüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG