Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:34
-
Yanvarın 12-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayında xidmət edən əsgər ölüb.

Penitensiar xidmətin rəsmi saytında verilən məlumata görə, 1990-cı il təvəllüdlü sıravi Coşqun Rzayev ona təhkim olunmuş avtomat silahından açılan atəş nəticəsində ölüb.

İlkin ehtimala görə, hadisə silahla ehtiyatsız davranma nəticəsində baş verib.

Coşqun Rzayev həmin vaxt keşikçi postunda tək növbə çəkirmiş.

Məlumatda bildirilir ki, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb, lakin görülmüş tədbirlərə baxmayaraq əsgər aldığı ağır bədən xəsarətindən vəfat edib.

Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG