Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:23

Bakıda yanğın bir nəfərin həyatına son qoyub


-
Hadisə yanvarın 12-də axşam saatlarında Bakı şəhəri, Xəzər rayonunda baş verib. Məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

Bildirilir ki, vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 5 otaqlı evin dəhlizinin yanar konstruksiyaları 52 kv.m və dam örtüyü 70 kv.m sahədə yanıb.

Yanğın yerindən ev sahibi, 1951-ci il təvəllüdlü Qasım oğlu Qəhrəman İsmayılovun meyiti aşkar edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə yerində aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG