Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:26

Sənin urəyin yoxdur!..


Sara Selcan

Sara Selcan

-

Sara Selcan


3 şeir


İçimdə bir kədər var
Hərdən həzin ağrıyır,
Hərdən məni incidir,
Hərdən mənsiz ağrıyır.

Kim birinci alışdı,
Birinci kim unutdu,
Kim kədərin donun
Göz yaşıyla qurutdu.

Hansı üzündə qaldıq
Qışın, yayın bilmirəm,
Ayları itirmişəm,
Günün sayın bilmirəm.

Burda yağışlar yağır,
Orda küləkmi yoxdur,
Ürəyinə dammaram,
Sənin urəyin yoxdur!..

***

Dayan, kimsən, nəçisən,
Yaddaşım dağınıqdı,
Gözlərim zəifləyib,
Xatirən bulanıqdı.


Tələsmə bir-bir sayla
Adları, tanımadım…
Küçəniz də sahibsiz
itləri tanımadım.

Onda niyə həssasdım,
Indi niyə beləyəm?
Qorxma, zarafatdı bu
Sən gördüyün dəliyəm…

***

Səni gizli sevmişdim,
Aşkarca unudacam.
İsti xatirələrlə
Gözümü qurudacam.

Əynimdə köhnəldəcəm,
Kədərin siyah donun,
Sən inadcıl, mən də tərs
Neyləsin Yaradanım.

Keçmişi düşünəndə
Həmişə köks ötürdün,
Bəsdir gələcəyə bax,
Bax.. 2014dü.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG