Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:54

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri başlanıb


Vüqar Haşımov

Vüqar Haşımov

-
Bakıda Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri başlanıb.
“ASAN Könüllüləri” Gənclər Təşkilatının təşkilatçılığı ilə şahmatçı, 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanmış Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnir başlanıb.
Məlumatı AzərTAc yayıb.
Açılış mərasimində yanvarın 11-də vəfat etmiş Vüqar Həşimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“ASAN xidmət”də çalışan könüllülərin iştirakı ilə keçirilən şahmat turniri 9 turdan ibarət olacaq və 3 gün davam edəcəkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG