Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:20
-
İsrailin 8 il komada olan keçmiş baş naziri Ariel Sharonun ölümü ilə bağlı dünyanın hər yerindən başsağlığı göndərilir.
ABŞ prezidenti Barak Obama Sharonu qiymətli xəzinə kimi dəyərləndirib. Britaniyanın baş naziri David Cameron bildirib ki, İsrail özünün ən mötəbər insanlarından birini itirib. Almaniya kansleri Angela Merkel Sharonu “İsrailin vətənpərvəri” adlandırıb.
Bu ölkənin rəhbərliyinə Fransa və Avropa Birliyinin prezidentləri də başsağlığı göndərib.
İsrailin keçmiş baş naziri Ariel Sharon yanvarın 11-də 85 yaşında vəfat edib. 2006-ci ildə keçirdiyi insultdan sonra Sharon 8 il idi ki komadaydı.
Ariel Sharonla rəsmi vidalaşma mərasimi yanvarın 12-də Qüdsdə İsrail parlamentinin binasında keçiriləcək. Mərasimdə ABŞ vitse-prezidenti Joe Biden və Rusiyanın xarici işlər naziri Sergey Lavrov-un da iştirakı nəzərdə tutulur.
Ariel Sharonun yanvarın 13-də Neqevada öz ailə fermasında həyat yoldaşının yanında dəfn ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG