Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:45

Liviyada yüksək vəzifəli dövlət məmuru Hassan Al-Drui öldürülüb


-
Sənaye nazirinin müavini kimi çalışan al-Drui öz doğma Sirt şəhərində güllələnib. Yerli mətbuatın yazdığına görə, naməlum şəxslər ona bazar yaxınlığında atəş açıblar.
Al-Drui vaxtilə Muammar Kaddafi-ni devirmiş Liviya Milli Keçid Şurasının üzvü idi. Daha sonra keçid hökumətində vəfizə alıb.
M. Kaddafi hakimiyyətinin süqutundan sonra Liviyada gərginlik hələ də yaşanmaqdadır, ara-sıra təhlükəsizlik qüvvələri və ordu rəhbərlərinin öldürülməsi hallarına rast gəlinir.
Hassan Al-Drui-nin öldürülməsi keçid hökuməti səlahiyyətliləri arasında ilk haldır.

Günün bütün mövzuları

XS
SM
MD
LG