Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:25

Hərbi xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti təkrarən yoxlanılacaq


-
Azərbaycanda hərbi xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti tibbi komissiyalar tərəfindən təkrarən yoxlanılacaq.

Məlumatı müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə hərbi xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti Silahlı Qüvvələrin birliklərində, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılmış tibbi komissiyalar tərəfindən təkrarən yoxlanışdan keçiriləcək.

Xəstəlik aşkar edilən çağırışçılar geri qaytarılacaq.

Hərbi xidmətə yararlı olanlar 3 ay müddətində yeni gəlmiş heyətin döyüş hazırlığı proqramına əsasən gənc əsgərin hazırlığı kurslarında təlim keçəcək.

Kursu bitirdikdən sonra birliklərdə, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılan komissiyalar tərəfindən xüsusi kompüter proqramı vasitəsilə həyata keçirilən bölgü əsasında hərbi hissələrə xidmət yerlərinə göndəriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG