Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:04

Məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verib


-
Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verib.

Hadisə yanvarın 11-i axşam saatlarında olub. Məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

Yanğın hazırda məcburi köçkünlərin məskunlaşdığı 3 saylı texniki-peşə məktəbində baş verib.

Nəticədə dörd sakində tüstüdən zəhərlənmə halı qeydə alınıb.

Zərərçəkmiş şəxslərə hadisə yerinə çağırılmış “təcili yardım” həkimləri tərəfindən tibbi yardım göstərilib.

Hadisə zamanı yanğınsöndürənlər tərəfindən binadan 30 nəfər təxliyyə olunub.

Yanğının səbəbləri araşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG