Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:31

Qarabağ əlilləri təkliflərini prezidentə göndərdilər


Rey Kərimoğlu
Rey Kərimoğlu
-
Qarabağ müharibəsi əlilləri sosial problemlərin həlli ilə bağlı hazırladıqları təklifləri yanvarın 11-də prezident İlham Əliyevə göndəriblər.

Bu barədə AzadlıqRadiosuna «Qarabağ Qaziləri» İctimai Birliyinin mətbuat katibi Rey Kərimoğlu məlumat verib.

Prezidentə ünvanlanan müraciətdə müharibə əlillərinin sosial problemlərinin həlli ilə bağlı 5 təklif yer alıb.

Bunlar pensiya təminatının yaxşılaşdırılması, kommunal ödəmələrdə güzəştlər, tibbi sığorta, əlil övladlarının təhsil haqqının dövlət hesabına ödənilməsidir. Veteranlar bu məsələlərin həlli üçün hökumət və ictimai təşkilat nümayəndələrindən ibarət birgə komissiyanın yaradılmasını da təklif edirlər.

Sənədi 7 təşkilat bir yerdə hazırlayıb.

Belə bir təkliflərin hazırlanması Qarabağ veteranı, 2-ci qrup əlil Zaur Həsənovun dekabrın 25-də özünü yandırmasından sonra gündəmə gəlib.

Prezidentə göndərilən məktubda 1-ci və 3-cü qrup Qarabağ əlilinin 75 -160 manat prezident təqaüdü aldığı, bununla əlilin öz ailəsini dolandırmasının qeyri-mümkün olduğu vurğulanır.
XS
SM
MD
LG