Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:58

Banqkokda etirazçılara atəş açılıb


Tailandda hökumət əleyhinə etirazlar

Tailandda hökumət əleyhinə etirazlar

-
Banqkokda hökumət əleyhinə aksiya keçirənlərə naməlum şəxslərin açdığı atəş nəticəsində azı 7 nəfər yaralanıb.

Polisin məlumatına görə, ötən gecə müxalifətçilərin toplaşdığı düşərgəyə iki dəfə hücum olunub.

Gündüz hökumət tərəfdarları ilə əleyhdarları arasında baş verən toqquşmalarda 6 nəfər xəsarət alıb.

Tailand müxalifəti növbəti həftə izdihamlı aksiya keçirəcəyini və paytaxt Banqkokda hərəkəti tam dayandıracağını bəyan edib.

Ötən ilin noyabrından baş nazirin istefası tələbi ilə Tailandda etiraz aksiyaları keçirilir.

Müxalifət fevralın 2-nə təyin edilən seçkiləri boykot edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG