Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:24

Əfqanıstan əlillərinin qəzet satışı nöqtələri yığışdırıldı


Əfqanıstan əlilinin malları müsadirə edildi
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00
-
“20 ilə yaxındır ki, Bakı şəhər İcra Hakimiyyətinin ticarət departamentinə pul ödəyib Fəvvarələr bağı ətrafında qəzet satırıq. Dəfəlrələ səbəb göstərmədən gəlib qəzetlərimizi yığışdırıblar. Elə olub ki, 1-2 ay işləyə bilməmişik, ora-bura şikayətlər yazandan sonra işimizi bərpa etməyə imkan veriblər. .

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə “Əfqanıstan Veteranları” İctimai Birliyinin Nərimanov rayon şöbəsinin sədri, 2-ci qrup əlil Arif Əsgərov deyir. Şikayətçinin sözlərinə görə, şəhərin mərkəzində xarici və yerli qəzet-jurnalların satışı nöqtələrinə qəzet paylamaqla məşğul olur. Səbail rayon polis idarəsinin işçiləri şəhərin mərkəzi hesab olunan Nizami və Nigar Rəfibəyli küçələrindəki dörd qəzet satışı nöqtəsini bağlayıblar.

"GÜNDƏLİK ÇÖRƏK PULUNA İŞLƏYİRDİM"

“Tək mən yox, o qəzet satanların hamısı əlillər idi. Gündəlik çörək puluna işləyirdim. Deyirlər, şəhərin mərkəzində qəzet satmaq olmaz. Gətirib başqa iş versinlər, mən də məşğul olum. Evimi satıb pulunu dərmanlarıma xərcləmişəm. Kirayədə yaşayıram. Üç övladım var, biri hərbi xidmətdədir, o biri Ukraynada təhsil alır. Bax bu gün mən evə çörəyi nə ilə alıb aparım?”

Səbail polisindən bildirirlər ki, qəzet nöqtələrini Bakı şəhər İcra hakimiyyətinin göstərişinə əsasən yığışdırıblar.

Bakı şəhər İcra Hakimiyyətinin ticarət departamentindən isə “Qaynar xətt”ə bildirdilər ki, şəhərin mərkəzindəki qəzet nöqtələrinin yığışdırılması ilə bağlı polisə hər hansı göstəriş verilməyib.

İki gündür ki, Arif Əsgərov və qəzet satmaqdan məhrum olan digər əlillər Səbail polisi ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında qalıblar. Arif Əsgərov deyir, qurumların heç birində onları qəbul edib dinləmək və məsələyə aydınlıq gətirmək istəmirlər.
XS
SM
MD
LG