Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:04

Vəkil olmaq istəyənlər imtahan verirlər


-
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) məlumatına görə, müsabiqədə iştirak etmək istəyən 706 nəfərin namizədliyi qeydə alınıb.

Namizədlərə 100 sualdan ibarət test tapşırığı təqdim olunub. 80 sual namizədlərin hüquq üzrə biliyini, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir.

Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilir. Nəticələr hesablandıqda səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir.

Cavablar yanvarın 11-də TQDK-nın internet saytında yerləşdiriləcək, həm də Vəkillər Kollegiyasına təqdim olunacaq.

Test imtahanında 60 və daha çox bal toplayan namizədlər növbəti mərhələyə buraxılacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG