Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:34
-
Mərkəzi Afrika Respublikasının prezidenti Michel Djotodia istefa verib.

Reuters-in məlumatına görə, o, bu addımı ölkədə dinlərarası qarşıdurmadan narahat olan qonşu ölkə liderlərinin təzyiqi altında atıb.

Prezidentlə birgə baş nazir də istefa verib.

İstefa verən prezidentin varisinin bazar ertəsi elan olunacağı gözlənir.

«Amnesty International» beynəlxalq insan hüquqları təşkilatı hesab edir ki, prezidentin istefası ölkədə vəziyyəti daha da kəskinləşdirə və vətəndaşların təhlükəsizliyini təhdid edə bilər.

Təşkilatın fikrincə, tez bir zamanda MAR-a əlavə sülhməramlılar cəlb olunmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG