Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:05

ABŞ vətəndaşlarına «Soçidə ehtiyatlı olun» xəbərdarlığı


-
Amerika Birləşmiş Ştatları bu ilin fevralında Soçidə keçiriləcək Olimpiya oyunlarına gedəcək vətəndaşlarını ehtiyatlı olmağa çağırıb.

Belə bir xəbərdarlıq Dövlət Departamentinin internet səhifəsində yer alıb.

Xəbərdarlıqda deyilir ki, Dövlət Departamenti olimpiada zamanı Amerika vətəndaşlarına qarşı hansısa potensial təhlükə barədə konkret məlumata malik deyil. Sadəcə amerikalılara məsləhət görülür ki, Olimpiya oyunları zamanı xüsusən ictimai nəqliyyatdan istifadə edərkən ehtiyatlı olsunlar. Adamların sıx toplaşdığı yerlərdə, etiraz və nümayişlərin keçirildiyi rayonlardan uzaq olsunlar.
XS
SM
MD
LG