Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:07

Fransa prezidenti yeni eşq qalmaqalında


Fransa prezidenti Francois Hollande və aktrisa Julie Gayet (Arxiv)

Fransa prezidenti Francois Hollande və aktrisa Julie Gayet (Arxiv)

Francois Hollande onun tanınmış aktrisa Julie Gayet-lə eşq macərası açıqlandıqdan sonra şəxsi və siyasi böhran vəziyyətinə düşüb.

Britaniya mediasının məlumatına görə, Fransa prezidenti bəyan edib ki, bu barədə xəbərləri yaymış “Closer” jurnalını onun şəxsi həyatına müdaxilə etdiyinə görə məhkəməyə verəcək.

Cənab Hollande ölkənin “birinci ledisi” ilə vətəndaş nikahındadır və aktrisa Julia Gayet-lə gizli münasibətlərini təkzib etməyib.

Britaniya jurnalı “Closer”in fransız nəşri prezidentin “eşq macərası” barədə 7 səhifəlik fotolu məqalə dərc edib.

Ərindən boşanmış iki uşaq anası xanım Gayet əsasən seks səhnələri ilə dolu olan 70-dən çox filmdə çəkilib.

“Closer” bildirib ki, xanım Gayet-in vəkillərinin ricası ilə fotoları öz internet saytından çıxarıb, lakin bu, yayılan məlumatın doğruluğuna şübhə yaratmamalıdır.

“Closer”in fransız nəşrinin sözügedən sayı köşklərdən yığışdırılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG