Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:56

Diktatora 20-cən şeir, poema həsr edildi


Cənubi Koreya - Şimali Koreyanın müharibə ritorikasına qarşı Seulda keçirilən aksiyada Kim Jong-Un-un karikaturası yandırılır, 18 aprel 2013
Cənubi Koreya - Şimali Koreyanın müharibə ritorikasına qarşı Seulda keçirilən aksiyada Kim Jong-Un-un karikaturası yandırılır, 18 aprel 2013
-

Şimali Koreya şairləri ölkə lideri Kim Jong Un-un televiziya ilə xalqa Yeni il müraciətinə 20-yə yaxın şeir, poema və s. bədii əsərlər həsr ediblər.

Bu barədə oxuzali.az xəbər verir - ИТАР-ТАСС agentliyinə istinadla.

Şimali Koreya Yazıçılar Birliyinin üzvlərinin müraciətlə bağlı yazdığı şeir və poemalar zavod və fabriklərdə oxunur. Bu mövzuda şeirlərə yazılan mahnılar səsləndirilir.

Bundan başqa ölkədə hakimiyyəti dəstəkləyən mitinqlər keçirilir.

Ölkə vətəndaşları Kim Jong Un-un Yeni il müraciətini əzbərləməyə borcludurlar.

İdarə və müəssisələrdə həmin müraciətlə bağlı keçirilən seminarlarda Kim Jong Un-un “dahiyanə fikirləri”nin mahiyyəti anladılır.

Xatırladaq ki, Şimali Koreya liderinin Yeni il müraciəti təxminən yarım saat çəkib.
Kim Jong-Un
Kim Jong-Un

O, Cənubi Koreya ilə münasibətləri normallaşdırmağa çağırıb və xəbərdarlıq edib ki, “Koreya yarımadasında yeni müharibə ABŞ üçün nüvə fəlakətinə çevrilə bilər”.

Bundan başqa o, müraciətində ölkədə ikinci adam sayılan dayısının edam edilməsinə də ilk dəfə münasibət bildirib.

Deyib ki, hakim partiya “çirkabdan təmizlənərək daha da güclənib”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG