Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:44

Suriyada üsyançılar arasında döyüşdə 500-dək adam ölüb


Suriyada Əl-Qaida ilə əlaqəli yaraqlılarla üsyançı yaraqlılar arasında keçən həftəki döyüşdə 500 nəfərədək adam ölüb.

Bu, Bashar Assad əleyhinə olan yaraqlılar arasında ilk böyük silahlı toqquşmadır.

Britaniyada qərarlaşan İnsan Haqları üzrə Suriya Müşahidə Missiyası bildirir ki, ölənlərin sayı 482 nəfərdir.

O cümlədən 85 mülki şəxs ölüb.

Keçən həftənin cümə günü yaraqlıların müxtəlif qrupları İraq İslam Dövləti və Levantın (İİDL) bazalarına hücuma keçdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG