Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:00

Yol polisi ilə dil tapmağın 15 qanuni yolu [İnfoqrafika]


Tam formatda baxmaq üçün fotonu sıx, cap edib özünlə gəzdir. Faydası dəyə bilər

Tam formatda baxmaq üçün fotonu sıx, cap edib özünlə gəzdir. Faydası dəyə bilər

Yol polisi "ver maşını qırağa, saxla" deyə əmr edir. Saxlayırsan. Maşından düşməyə ehtiyac varmı, yoxsa oturub polisin sənə yaxınlaşmağını gözləməlisən? Bu sualın cavabını, güman ki, çoxlarınız bilirsiz.

Bəs sonrası?

Qanunun bu 15 maddəsini bilsən, sonrası asanlaşar. Sürücünün nəyə haqqı çatır, yol polisi əməkdaşına qadağan olunan nədir?

Bu münasibətləri tənzimləyən «Yol-patrul xidməti haqqında təlimat»dan faydalı bildiyimiz 15 maddəni bir yerə topladıq. Bu sənəd 19 yanvar 2012-ci ildə Daxili İşlər naziri Ramil Usubovun əmri ilə təsdiq edilib.

Onu çap edib özünlə gəzdirsən, yol polisi ilə münasibətlərin imkan daxilində qanun çərçivəsində baş verər.

Qanun isə həmişə onu pozmayan vətəndaşların tərəfində olur.


Beləliklə

Sürücülərə və yol polisinə vacib olan 15 bilgi


Yol polisinə OLMAZ:


- Patrul maşınındakı kameranın qarşısından kənarda sürücü ilə ünsiyyətə girmək,

- Özünü, maşınını və ya başqa cihazları ağac, bina və qurğular arxasında gizlətmək,

- Şəhərkənarı yollarda və qaranlıq vaxtlarda təkbaşına yola çıxıb maşın saxlamaq,

- Maşınları dəmiryol keçidləri, tunellər, körpülərin üstündə saxlamaq,

- Cəriməni sürücüdən nağd pulla almaq,

Yol polisinə OLAR:


- Qayda pozan sürücüdən maşını saxlamağı tələb etmək,

- Maşında və sürücünün üstündə axtarış aparmaq,

- Sürücünün maşından enməsini tələb etmək, onu növbətçi hissəyə aparmaq,

Sürücüyə OLMAZ:


- Cəriməni yol polisinə nağd vermək,

- Yol polisi ilə sövdələşmək,

- İçkili, yüksək dozalı dərmanların təsiri altında maşın sürmək,

- Sənədləri qaydasında olmayan, nasaz maşınlarla yola çıxmaq,


Sürücüyə OLAR:


- Saxlamağa səbəb olan problemi 3 saata həll edə bilsə, maşını duracağa göndərməməyi tələb etmək,

- Yol polisinin tərtib etdiyi protokolu imzalamamaq, protokolda öz qeydlərini yazmaq,

- Maşını evakuatora yüklənərkən həmin yerə çata bilirsə, onun duracağa göndərilməməsini tələb etmək,

Daha geniş seçimlə burada tanış ol

Şərhləri göstər

XS
SM
MD
LG