Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:29

Keçmiş casus Chapman modelyer kimi fəaliyyətə başlayır


Rusiyanın keçmiş casusu Anna Chapman indi də modelyer kimi çıxış edir. Onun hazırladığı paltarlar və bəzək əşyaları Rusiyalı turistlərin çox olduğu Antalyada nümayiş olunub.

Chapman deyib ki, onun təklif etdiyi mallar rusiyalı qadınların imkanlarına uyğundur.

Bu mallar fevralda satışa çıxarılacaq.

Rusiya ilə ABŞ tutduqları casusları dəyişəndə 2010-cu ildə Rusiyaya qayıdan Chapman Rusiya banklarının birində müşavir işləyir.
XS
SM
MD
LG