Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:07

Qubalı gənclər qanunsuz silah saxlamaqda ittiham olunur


Məmmədov qardaşları
Məmmədov qardaşları
-
Yanvarın 10-da qubalı gənc Vəfadar Məmmədova qanunsuz silah saxlama ittihamı irəli sürülüb. Bir gün əvvəl qardaşı Vəfanur Məmmədov barəsində Cinayət Məcəlləsinin 228.2.1 maddəsi ilə 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Rustov kəndinin digər sakini Nizami Nəcəfov da eyni maddəylə təqsirli bilinir.

Hüquq müdafiəçisi Aftandil Məmmədov əmisi oğlanlarının Bakıda daş sexlərinin birində işlədiklərini deyir. O, Vəfanurun bacanağı Nizami Nəcəfovun sosial şəbəkədə paylaşdığı dini statusa yazdığı şərhlə bağlı saxlandığını düşünür.

Vəfadar Məmmədov isə qardaşının həbsiylə bağlı Qubaya gələrkən saxlanıb. Hər iki gəncin MTN təcridxanasında saxlandığı bildirilir.
XS
SM
MD
LG