Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:57

İraqın Anbar vilayətində döyüşlər gedir


İraqın Anbar vilayətində təhlükəsizlik qüvvələri ilə hökumət əleyhinə olan sünni yaraqlılar arasında döyüşlər gedir. Sünni yaraqlılar və Əl-Qaida ilə bağlı döyüşçülər iki şəhərin müxtəlif hissələrini tutublar.

Anbar vilayətinin paytaxtı Ramadidə gecə boyu havadan bombardman və maşınlara qoyulmuş bombaların partlayış səsləri gəlib. Azad Avropa/Azadlıq Radiolarının Azad İraq Radiosu xəbər verir ki, maşınlara qoyulan bombaların hədəfi yerli tayfaların başçıları olan bəzi şeyxlər və hökumət rəsmiləridir.

Dağıntılar və tələfat barədə dəqiqi məlumat verilmir.
XS
SM
MD
LG