Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:54

Praqa Charles Universitetinin rektoru Bakı Ali Neft Məktəbində olub


-
Yanvarın 10-da Çex Respublikasının Praqa Charles Universitetinin rektoru, professor Vatslav Hampl Bakı Ali Neft Məktəbində (BANM) olub.

Məktəbin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, rektor Elmar Qasımov iki illik fəaliyyəti ərzində məktəbin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tərtib etdiyi reytinq cədvəlində lider olduğunu vurğulayıb. Qeyd olunub ki, BANM-də mütəxəssis hazırlığı Böyük Britaniyanın Heriot-Vatt Universitetinin proqramları əsasında həyata keçirilir. Rektor BANM-in Charles Universiteti və Çex Respublikasının digər universitetləri ilə əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlı olduğunu bildirib.

Məktəbə dəvət olunduğuna görə minnətdarlığını bildirən professor Vatslav Hampl rəhbərlik etdiyi universitetlə kimya, geologiya və geofizika sahələrində əməkdaşlığın mümkünlüyünü bildirib. O, həmçinin BANM-in Çexiyanın digər mühəndis hazırlayan universitetləri ilə də əlaqələrinin qurulmasında yardım göstərməyə hazır olduğunu söyləyib.

Qonağa Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq diplomu” təqdim edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG