Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:29

«Ötən il Naxçıvana 370 min turist gəlmişdir...»


İlanlı dağı
İlanlı dağı
-
"Şərq qapısı" - 10.01.14


Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası keçirilmişdir

Müasir dünyada turizm sektoru iqtisadi cəhətdən ən gəlirli və perspektivli sahələrdən biridir. Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Naxçıvan Muxtar Respublikasında turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur.

Hazırda muxtar respublikada iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Belə tədbirlərin davamı kimi Şahbuz rayonu ərazisində müasir standartlara uyğun Ağbulaq İstirahət Mərkəzi istifadəyə verilmişdir. Turizm sektorunda fəaliyyətin səmərəli təşkilinin nəticəsidir ki, 2013-cü ildə muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xaricdən, ümumilikdə, 370 mindən çox turist gəlmişdir.

Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşların fəaliyyətinin səmərəli təşkili istiqamətində həyata keçirilən tədbirlər 2013-cü ildə də davam etdirilmişdir. Naxçıvan Dövlət Televiziyası və Radiosunun texniki imkanları daha da artırılmış, yeni efir və çəkiliş avadanlıqları alınmış, virtual studiya yaradılmışdır. Bununla yanaşı, hazırlanan verilişlərin keyfiyyətini artırmaq məqsədilə dövlət teleradiosunda, eləcə də “Kanal-35” televiziyasında və “Naxçıvanın səsi” radiosunda bədii şuralar fəaliyyətə başlamışdır.

“Şərq qapısı”, şəhər və rayon qəzetlərinin də maddi-texniki bazaları yaxşılaşdırılmış, qəzet redaksiyalarına kompüter dəstləri, fotoaparatlar və səsyazma avadanlıqları verilmişdir.
XS
SM
MD
LG