Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:13

Gürcüstanda keçmiş polis rəisi məhbusa işgəncə verib, öldürməkdə ittiham olunur


Gürcüstanın Daxili İşlər Nazirliyinin keçmiş rəsmisinə məhbusa işğəncə verib, öldürmək ittihamı irəli sürülüb.

Baş prokurorluq bildirir ki, Megis Kardava adlı polis rəisi 21 yaşlı Eldar Kobalianın ölümündə ittiham olunur. 2011-ci ildə həbs olunan Kobaliaya elektroşokla işgəncə verilirmiş ki, terrorizmdə əli olduğunu etiraf etsin.

Hazırda Kardava İnterpolun axtarış siyahısındadır. Onun harda olmağı bilinmir.
Kardava Samegrelo-Zemo regionunda polis rəisi olub.
XS
SM
MD
LG